26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Səudiyyə Ərəbistanı hakimiyyəti xarici vətəndaşlara və sakinlərə 2024-cü il Həcc ziyarətində qeyri-qanuni iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edib. Sozcu.info xəbər verir ki, bu barədə BƏƏ-nin “Gulf News” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Həcc icazəsi olmayan şəxslər 2 aydan 6 aya qədər həbs və 50 min rial (13,3 min dollardan çox) məbləğində cərimələnə bilərlər.
"Bununla bağlı saxlanılan əcnəbiləri deportasiya və 10 il ölkəyə giriş qadağası gözləyir", - bəyanatda deyilir.
Bundan əlavə, zəvvarlara “qanunsuz maliyyə yardımı”nda iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edilib.
Bu cür pozuntulara görə 7 ilə qədər həbs və 5 milyon Səudiyyə rialına (1,3 milyon dollar) qədər cərimə nəzərdə tutulur.
Musavat.com