Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - SƏRƏNCAM


Bir sıra məhkəmələrə sədrlər, məhkəmə kollegiyaları sədrləri və birinci instansiya məhkəmələri hakimləri təyin edilib.

Sozcu.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasə, apellyasiya instansiyası məhkəmələri üzrə:

- Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib;

- Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;

 - Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;

 - Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;

- Mirzə Nəsib oğlu Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;

- Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;

- Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;

ağır cinayətlər məhkəmələri üzrə:

- Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib;

inzibati məhkəmələr üzrə:

- Rüstəm Lətif oğlu Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;

kommersiya məhkəmələri üzrə:

- İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;

hərbi məhkəmələr üzrə:

- Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilib;

- Zeynal Qurban oğlu Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilib;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

- Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri təyin edilib;

- Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilib;

- Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib;

- Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilib;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

- Anar Vəzir oğlu Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Lətifə Məhyəddin qızı Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib;

rayon (şəhər) məhkəmələri üzrə:

- Məhəmməd Ənvər oğlu Bağırov Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Rəfayil Əfraddin oğlu Əliyev Biləsuvar Rayon Məhkəməsinin sədri təyin edilib;

- Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Rəşad Mustafa oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Günel Bəkir qızı Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Zaur Rafiq oğlu Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Abbas Baba oğlu Əliyev Qəbələ Rayon Məhkəməsinin sədri təyin edilib;

- İxtiyar Əliyar oğlu Abuşov Saatlı Rayon Məhkəməsinin sədri təyin edilib;

- Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

-  Zaur Mirzağa oğlu Allahyarov Şəmkir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Rəşad Azad oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yardımlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

- Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Oxşar Xəbərlər

Xəbər lenti