Bu gün, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
İnsanlar gələcəkdə telefonlardan istifadəni dayandıracaq, onları Neuralink beyin implantları əvəz edəcək.
Sozcu.info teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə amerikalı iş adamı milyarder İlon Mask X sosial şəbəkəsində bildirib.
“X tərəfindən hazırlanmış yeni telefonu ağlınızla idarə etmək üçün beyninizdə Neuralink interfeysi tətbiq etmək istərdinizmi?” sualına Mask belə cavab verib: "Gələcəkdə ChatGPT-ni yaradan OpenAI texnologiya şirkəti və ya Meta korporasiyasının inkişaflarından istifadə etməkdənsə, X şirkətinin çipindən istifadə etməyə üstünlük verəcəm".