22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Yenidən cinayət məsuliyyətinə cəlb edilən "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin həbsdə saxlama müddəti uzadılıb.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ilkin istintaq hərəkətlərinin aparılmasına hər hansı maneə yaradılmaması üçün H.Abdullayevin həbs müddətinin 3 ay uzadılmasına qərar verib.
Məlumatı "Quska"nın vəkili Ceyhun Yusifov təsdiq edib. Vəkil qərardan tam narazı qaldıqlarını, yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda 6 illik həbs müddəti başa çatan Hüseyn Abdullayevə qarşı yeni ittiham irəli sürülüb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.