Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin etdi - FOTOLAR


“Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

Sozcu.info xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub. 

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır. 

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

“Odlar Yurdu”  Universitetinin  rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev  tərəfindən həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti