27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.
Sozcu.info Oxu.az-a istinadən xəbər verir ki, qurum ötən gün ləğv olunub.
Bununla yanaşı, Naxçıvanda federasiyanın bölməsinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov idi. M.Talıbov muxtar respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası, eyni zamanda Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.