24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Dünəndən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsinin Aktau yaxınlığında qəza enişi etməsi geniş müzakirələrə səbəb olub. Hadisə zamanı pilotların qəhrəmanlığı və hadisənin nəticələrinin minimal olması diqqət mərkəzindədir.
Lakin bir iddia xüsusilə maraq doğurur: Pilotların qəza anında təyyarənin yanacağını boşaltdığı və bununla da partlayış riskini azaltmağa çalışdığı irəli sürülür.
Aviasiya qaydalarına əsasən, qəza enişi zamanı partlayış və yanğının qarşısını almaq üçün təyyarənin yanacağının boşaldılması ənənəvi praktikadır. Bu proses "fuel dumping" adlanır və təyyarənin yükünü azaltmaq məqsədilə havada həyata keçirilir. Bununla həm təyyarənin eniş ağırlığı normaya salınır, həm də yerə çırpılma zamanı baş verə biləcək yanğın riski minimuma endirilir.
Radar görüntülərinə baxdıqda məlum olur ki, pilot məhz havada bir neçə dairə cızıb daha sonra eniş prosedurunu icra edib. “Embraer 190” təyyarələri təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Pilotların ən önəmli vəzifələrindən biri sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etməkdir. Bu hadisədə də radar görüntüləri göstərir ki, pilotlar son ana qədər təyyarəni idarə etmək üçün mübarizə aparıblar və mümkün qədər zərbənin təsirini azaldıblar.
Bu qəza bir daha sübut etdi ki, təyyarə pilotlarının operativ və təcrübəli qərarları kritik məqamlarda insan həyatını xilas edə bilər. Bununla belə, bu kimi qəza hallarından alınacaq ən böyük dərs, aviasiya təhlükəsizlik qaydalarının nə qədər vacib olduğunu bir daha xatırlatmaqdır.