29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
Sozcu.info Türkiyənin "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, 1999-cu ildən bəri İmralı adasındakı həbsxanada saxlanılan terrorçu Abdulla Öcalan PKK terror təşkilatına çağırışla çıxış etməyə razı olub. Qəzetin yazdığına görə, bu barədə terrorçulara yaxın olan Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM partiyası məlumat verib. Partiya fəalları Öcalanla həbsxanada görüşüblər. Bəlli olduğu kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Devlet Bahçeli Öcalanın parlamentə gedib PKK-nı silahları yerə qoymağa çağırış etməsini təklif etmişdi. Bu təklifi Türkiyə Prezidenti RTƏrdoğan da dəstəkləyib. Öcalan təkliflə razılaşdığını bəyan edib.