Ukrayna rus qazının tranzitini dayandırdı: "Bu, tarixi hadisədir"


Ukrayna Energetika Nazirliyi rəsmi açıqlama yayaraq, 1 yanvar səhəri saat 07:00-dan etibarən Rusiyadan Avropa İttifaqına qaz tranzitinin tamamilə dayandırıldığını təsdiqləyib.

Sozcu.info musavat.com-a istinadən xəbər verir ki, nazirlik bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırıb.

"Rusiya qazının Ukrayna ərazisindən nəqli dayandırılıb. Bu, tarixi hadisədir. Rusiya tədricən bazarlarını itirir və ciddi maliyyə itkiləri ilə üzləşəcək. Avropa artıq rus qazından imtina etmək qərarı verib və Repower EU təşəbbüsü məhz Ukraynanın bu gün atdığı addımları dəstəkləyir," – deyə nazirlik bəyan edib.

Read more Bu qərar Avropanın enerji bazarında yeni bir dövrün başlandığını və Rusiyanın enerji siyasətindəki təsirinin zəiflədiyini göstərən mühüm hadisə kimi qiymətləndirilir.

Avropa ölkələri artıq alternativ enerji mənbələrinə keçidi sürətləndirmək və enerji təhlükəsizliyini gücləndirmək istiqamətində addımlar atmağa davam edirlər.



Oxşar Xəbərlər

Xəbər lenti