12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Dovlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti Fərid Əzizli adıçəkilən xidmətin rəisi general-polkovnik Elçin Quliyevə müraciət edib.
Sozcu info xəbər verir ki, bu müraciətə səbəb onun DSX-nın Hərbi Hospitalında işləyən yoldaşının üzləşdiyi qanunsuzluqlardır:
“Bildirirəm ki, həyat yoldaşım Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında tibb xidməti kapitanı rütbəsini daşıyır, həkim ginekoloq və cərah kimi fəaliyyət gostərir.
Hərbi hospitalın rəisi Polkovnik Şükür Eyvazov bir müddətdir xanım hərbi qulluqçuya qarşı qərəzli münasibət göstərir,ona əsassız intizam cəzaları verərək işdən uzaqlaşdırmaq və ya xidmət yerini dəyişdirmək kimi pis niyyətini həyata keçirmək istəyir.
Buna səbəb polkovnik Ş.Eyvazovun hərbi hospitalda öz şəxsi maraqlarına uyğun həkim kollektivi formalaşdırmaq istəyidir. Bu barədə 2024-cü il oktyabr ayında Cənab Elçin Quliyevə müraciət olunub. DSX rəisi bu məsələyə müdaxilə etdikdən sonra ,xanım hərbi qulluqçunun üzərindən intizam cəzaları götürülmüşdür.
In the future bütün heyətinin intizam cəzaların bağışlamış, mükafat pulunun tam ödənilməsi üçün göstəriş vermişdir.
Vaxtilə bəzi məsələlər də Elçin Quliyevə qarşı düzgün mövqedə olmadığıma baxmayaraq, cənab general-polkovnik mənim ailə üzvümə qarşı medalllarla qiymətləndirmişdir.
Öz rəhbərindən nümunə götürməyi bacarmayan polkovnik Şükür Eyvazov, vəzifə səlahiyyətlərini aşaraq xanım hərbi qulluqçunun qanunu, dövlət tərəfindən təyin edilən əmək haqqını 2 aydır ki, kəsib. Polkovnik Şükür Eyvazovun xidmətdə yol verdiyi nöqsanlar barədə DSX-in rəisi cənab general -polkovnik Elçin Quliyevə 13 January 2025- ci ildə yenidən müraciət olunub. İnanıram ki, DSX rəisi ədalətli qərar qəbul edəcək.”
Gununsesi.info