Hərbi Hava Qüvvələrinin hərbçiləri 9 aydır nazirlikdən pullarını ala bilmirlər – "DEYİRLƏR Kİ, BÜDCƏDƏ VƏSAİT YOXDUR”


“Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa, o, heç vaxt öz iradəsi ilə döyüşməz. Hətta savaşda Vətəni sevdiyi üçün yox,  məcbur iyyət qarşısında  şəhid olar .”

Bu barədə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edən hərbi qulluqçular tərəfindən “Hürriyyət”ə daxil olan müraciətdə bildirilir. Re:

“Məsələ ondan ibarətdir ki, biz may ayından bu günə kimi məzuniyyət, ezamiyyət və maddi yardım ödənişlərini ala bilmirik. Səbəb olaraq, maliyyə büdcəsində pul olmadığı barədə məlumat verilir. Lakin eşidirik ki, cənab President hərbi qulluqçulara və yaxud Müdafiə Nazirliyinə 5 million manat pul ayırıb...”.

Əksəriyyəti Qarabağ veteranı olan, “Qisas”, Dəmir Yumruq” və digər iri çaplı döyüşlərdə iştirak edən hərbçilər deyir ki, rəhbərliyin bu cür münasibəti onları ruhdan salır və ikinci iş axtarmağa məcbur edir: “Hərbçilərin bu ödənişləri almaması və maliyyə durumunun getdikcə aşağı düşməsi onların əlinə silah alıb döyüşməkdən başqa hər bir işə qaçacağına dəlalət edir. Hətta aramızda ailəsini dolandırmaq üçün ikinci iş axtaranlar, fəhləlik etmək istəyənlər var və onları kimsə qınaya bilməz. Çünki bir ailənin qazancını təmin edəcək pul təzminatları vaxtında ödənilmirsə, ailə başçısı başqa işlərə (taksi, kuryer, fəhləlik və s) getməyə məcburdur. Azərbaycan ordusunun bu qədər maliyyə büdcəsi varsa, biz niyə vaxtında pul təminatını almamalıyıq?!”

Hərbi Hava Qüvvələrinin hərbçiləri müraciətlərində “kabinet işçiləri”nə hər ay maaşdan əlavə “paket” verilməsindən də bəhs edirlər: “İkinci növbədə zabitlərə (hərbi hissə komandirinə, müavinlərinə, o cümlədən kabinetdə oturanlara, rahat yerdə yatanlara) pul mükafatı olara “paket” verilməsi, aşağı vəzifəli şəxslərin haqlarının kəsilməsi biz hərbi qulluqçuları narahat edir. 3500 meters çəkirlər?! Əslində, zabitlərə “paket” verilməsi ayrı-seçkilik olmaqla yanaşı, orduda ixtilaf yaradır və Ali Baş komandanın ordu qarşısında nüfuzunu alçaldır. “Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni ayaq üstə saxlayırsa”, ən aşağı təbəqədən yuxarı təbəqəyə kimi olan hərbçilərə pul mükafatının verilməməsi onların döyüş ruhunu aşağı salır. “Biz vətəni sevirik” cümləsinin ardından zatən “hərbi qulluqçular şəhid olmağa hazırdır” sözü gəlir.  Lakin rəhbərlik də bizim maddi büdcəmizi fikirləşməlidir. Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa o hərbçi heç vaxt iradəsi ilə döyüşməz , m əcbur  qarşısında qalıb  şəhid olar !

"



Oxşar Xəbərlər

Xəbər lenti