26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat edib.
Sozcu.info xəbər verir ki, bu barədə Premium Bank-ın “Facebook” hesabında qeyd olunub.
Qeyd edək ki, Zərifə Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, "Gazelli Group" şirkətinin təsisçisi və prezidentidir. Tibb University Moskvada elmi-tədqiqat işini müvəffəqiyyətlə müdafiə edib. Z.Həmzəyeva həmçinin "Premium Bank" ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvüdür.
Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.