Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib


Dünən ölkəmizdə Gömrük İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilib.

Sozcu.info xəbər verir ki, bu münasibətlə DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir qrup əməkdaşı xüsusi rütbə ilə təltif edib.

Təltif olunanların siyahısında Camalov İlqar Elmar oğlunun da adı var.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, İlqar Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.

Burada maraqlı məqam odur ki, E.Camalov Baş prokurorun müavini  kimi Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyini kurasiya edir.

İlqar Camalov isə atasının kurasiyasında olan Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsinin Rəqəmsal Ticarət Araşdırmaları Şöbəsinin rəisi vəzifəsini tutur.

Gununsesi.info



Oxşar Xəbərlər

Xəbər lenti