Dünən, 13:55
15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
Son vaxtlar Azərbaycan idmanında maraqlı hadisələr baş verir, ölkəmizdə idmanın inkişafına təkan vermək üçün müvafiq qərarlar qəbul edilir.
Bu dəyişikliklər fonunda Azərbaycan Gənclər və İdman Nazirliyi yeni ilin əvvəlindən bütün diqqətləri öz üzərinə çəkib. İdmanımızla bağlı qəbul olunan ən ciddi qərarlar məhz bu nazirliklə əlaqədardır.
Əvvəla ondan başlayaq ki, 2025-ci ilin ilk günlərində gənclər və idman nazirinin müavini Mariana Vasilyeva tutduğu vəzifədən azad edildi.
Növbəti qərarlar isə özünü çox gözlətmədi. Qarşıdakı günlərdə nazirliyin rəhbərliyi ilə bağlı daha iki vacib addım atıldı. Daha doğrusu, bu dəfə birbaşa gənclər və idman naziri Fərid Qayıbov diqqət mərkəzinə düşdü. Maraqlıdır ki, Mariana Vasilyevanın işdən kənarlaşdırıldığı günün axşamı F.Qayıbov sosial mediadakı hesabında artıq eks-müavinlə səmimi şəklini paylaşmışdı.
Yanvarın 29-da dövlət başçısı İlham Əliyev III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik etdi. Sərəncama əsasən, gənclər və idman naziri Fərid Qayıbov komitənin sədri vəzifəsindən azad edildi. Bu ilin payızında baş tutacaq III MDB Oyunlarının təşkilati işlərinə rəhbərlik baş nazirin müavini Samir Şərifova tapşırıldı.
Bundan heç bir ay ötməmiş F.Qayıbov daha bir vəzifəsini itirdi. Bu dəfə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyində ona yer tapılmadı. MOK-un İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında vitse-prezident postuna F.Qayıbovun əvəzinə olimpiya çempionu Fərid Mansurov seçildi.
Beləliklə, gənclər və idman naziri Fərid Qayıbov qısa vaxtda iki strateji vəzifəsi ilə vidalaşdı. Mühüm rəhbər postlarda yeni dəyişikliklərin davam etdirilib-etdirilməyəcəyini söyləməyə çətinlik çəksək də, əminliklə qeyd etmək olar ki, bu günə qədər veriilən qərarlar təsadüfdən yox, zərurətdən yaranıb. \\Offsideplus.az