26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası öz işini aprel ayında da davam etdirəcək.
Sozcu.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bu il üçün 4 iclas keçirilməsinə baxmayaraq, hələ də baxılmamış müraciətlər var: “Çox güman ki, Əfv Məsələləri Komissiyası may ayının əvvəllərində öz işlərini yekunlaşdıracaq. Bundan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”, - deyə, R. Məcid əlavə edib.
Komissiya üzvü, həmçinin qeyd edib ki, həmin 4 iclasda 400-ə yaxın müraciətə baxılıb, qərarlar qəbul olunub.