2. Su çəninin funksiyasının pozulması: • Su çənləri fövqəladə hallar üçün strateji əhəmiyyət daşıyır və onların üzərinin açıq qalması vacibdir. Çənin üzərində obyekt tikilməsi və bazar kimi istifadə olunması onun məqsədinə uyğun istifadəsinə maneə yaradır ki, bu da gələcəkdə su təchizatı ilə bağlı problemlərə səbəb ola bilər. 3. Tikintinin qanunsuz olması ehtimalı: • Binanın sahibi lazımi icazələr aldığını bildirsə də, bu tikintinin şəhərsalma və fövqəladə hallar qanunvericiliyinə uyğun olub-olmadığını yoxlamağınızı xahiş edirik. Çünki bu tikinti, mövcud təhlükəsizlik normalarına və ictimai asayiş qaydalarına zidd görünür.Yuxarıda sadalanan səbəblərə görə, xahiş edirik ki: • Məsələnin yerində araşdırılması və su çəninin üzərində aparılan tikintinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığının yoxlanılması; • Əgər tikinti qanunsuz və təhlükəli hesab edilərsə, onun sökülməsi və keçidin bərpası üçün müvafiq tədbirlərin görülməsi; • Sakinlərin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımların atılması.Ümid edirik ki, məsələ diqqətinizdən kənarda qalmayacaq və tezliklə lazımi tədbirlər görüləcəkdir. Sakinlərin də harayına səs verən tapılacaq. Görünən budur ki, Sumqayıtda qeyd olunan ünvanda “Bazar” tikilir. Sakinlərin canı bahasına əsl bazar açılıb. Yeni bazar fəaliyyətə başlayana qədər...Ajans.az