26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiyi hər kəsə məlumdur.
Bəs təhsildən başqa hansı hallarda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür?
Sozcu.info xəbər verir Mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız üç əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ tanıyır:
“Təhsil möhləti – Əgər şəxs ali və ya orta ixtisas təhsilinə davam edirsə, bu zaman hərbi xidmətə çağırışdan müvəqqəti azad olunur. Sağlamlıq vəziyyəti – Şəxsin tibbi müayinəsi zamanı səhhətində hərbi xidmətə müvəqqəti yararsızlıq və ya çətinliklər aşkarlanarsa, möhlət tətbiq edilir. Bu qərar hərbi-həkim komissiyasının rəyinə əsasən verilir.
Ailə vəziyyəti – Əgər vətəndaş ailədə yeganə baxıcıdırsa və ya ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməsi real deyil. Məsələn, ailəsində ağır xəstə, əlil və ya himayəsində azyaşlı varsa – bu halda da qanunla nəzərdə tutulan müvəqqəti möhlət hüququ var”.