18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Aprelin 23-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.
Sozcu.info xəbər verir ki, görüşdə RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar onları narahat edən sosial-məişət məsələləri, infrastruktur problemləri və digər mövzularda müraciətlərini rayon rəhbərinə çatdırıblar.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bəzilərinə qanunauyğun izah verilib, həlli vaxt tələb edən problemlərin icrası üçün isə müvafiq araşdırmaların aparılması tapşırılıb.
Vətəndaşlar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticələrindən məmnunluqlarını ifadə edib, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sozcu.info