“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video


Azərbaycan hərbçiləri Moskvada Qələbə Paradının məşqində iştirak ediblər.

Sozcu.info xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. 

Kadrlarda Azərbaycan hərbçilərinin Moskvanın mərkəzi küçələrində yürüşü əks olunub. 

Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər. 

Xatırladaq ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər. 



Oxşar Xəbərlər

Xəbər lenti