26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Daha 5 itkin şəhid dəfn ediləcək.
Sozcu.info xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Məmmədov Yusif Mirzəli oğlu mayın 16-sı saat 12:00-da Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında, Rüstəmov Miriş Məhəmməd oğlu mayın 16-sı saat 14:00-da Ağcabədi şəhərində yerləşən Şəhidlər xiyabanında, Məmmədov Muxtar Bayram oğlu mayın 16-sı saat 12:00-da Şərur şəhərində yerləşən Şəhidlər xiyabanında, Abbasov Abuzər Tənzil oğlu mayın 16-sı saat 15:00-da Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında, Ərzumanov Elşən İsaməddin oğlu mayın 16-sı saat 13:00 -da Quba şəhərində yerləşən şəhidlər xiyabanında dəfn olunacaq.