26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi "Facebook" səhifəsində məlumat yayıb.
“Mayın 20-21-də Ural-Xəzər Dəniz Balıq Təsərrüfatı Müfəttişliyi tərəfindən keçirilən reyd zamanı 117 çürümüş suiti səcədləri aşkar edilib. Qalıqlar yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”, – komitə məlumatında qeyd olunub.
Komitənin bildirdiyinə görə, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.