26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.
Sozcu.info xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü və avtomobildə olan digər hərbçilər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların vəziyyətləri qənaətbəxşdir.
Araşdırma aparılır.
Qafqazinfo.az