Məlumat verilib ki, 2025-ci ilin sonunadək kənddə ümumilikdə 197 fərdi yaşayış evi hazır olacaq. Gələn il daha 159 fərdi yaşayış evinin təmiri və tikintisi başa çatdırılacaqdır. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər daimi yaşamaq üçün kəndə qayıdıb. Hazırda kənddə müasir sosial infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabrında işğaldan azad edilib.İlham Əliyev Xocalı kərpic zavodunun açılışında da iştirak edib.Zavod Daşbulaq kəndində tikilib. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin olunub. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş ərazilərin sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpicdir. Zavodda müasir alman və türk texnologiyaları, eləcə də enerji səmərəliliyi və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq edilir. Zavodun əsas xammal mənbəyi Xocalı gil yatağıdır. Müəssisənin ərazisi bir hektara yaxındır. Bundan əlavə, xammal saxlamaq üçün 6,5 hektar torpaq sahəsi ayrılıb.