16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə 24.07.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində cəmi 1 474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.