Biz Vətəni candan əziz bilənlərdənik


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. Şəhidlik zirvəzi!

Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. 21 yaşa yenicə daxil olmuşdu. Yeniyetməlikdən gəncliyə ilk qədəmlərini qoyurdu.

O, gənc yaşlarından cəsarətli, qorxmaz, zəhmətkeş, sözübütöv, haqsızlığa dözməyən cəsur biri idi.

Torpaqlarımız əldən gedir, soydaşlarımız ata-baba yurdlarından qaçqın düşür, düşmənlə üz-üzə döyüşən oğullarımız şəhid olur. Onlardan biri də Budaqov Ramiz Qərib oğludur.

Ramiz Qərib oğlu Budaqov 07.11.1973-cü ildə Qazaxıstanın Pavlodar şəhəri Kaçirı rayonunda anadan olmuşdur. Orta məktəbə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbinə gedib. 11-ci sinfi Qazaxıstanın Pavlodar şəhərinin Kaçirı rayonunda bitirmişdir. 1992-cü ildə Rusiyayanın Miçurinsk şəhərində Arıçılıq üzrə oxumuşdu. Arıçılıq peşəsiini çox sevirdi. Hətta həyətdə bir neçə arı da saxlayırdı. Təbiətə, torpağa bağlılığı onu şəhidlik zirvəsinə qaldırdı. Hərbi xidmətə çağırış gəldiyi üçün Arıçılıq təsilini dayandırıb Naxçıvana qayıtdı. 1993-cü il hərbi vəzifəsini yerinə yetirmək üçün Naxçıvanda hərbi xidmətə getdi. Uşaqlıqdan öz cəsurluğu, vətənpərvərliyi ilə həmişə seçilirdi. 

1993-1994-cü illəri hərbi xidmətdə olur. Həmin günlərin hər günü bir tarix idi, yazmaqla qurtarmaz.

Həmin illərdə ermənilər Rusiyamən təklifin yerinə yetirirdilər. Azərbaycan ordusu düşmənin hücumunu nisbi müvəffəqiyyətlə dəf etsə də, lakin ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə rayonunun kəndlərini işğal edə bildilər. Həmin ərazilərdə yaşayan 100 min nəfər öz evlərindən qovulmaqla Azərbaycanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırdı.

1993- cü ildə Ramiz Budaqov l Qarabağ müharibəsində könüllü olaraq bir neçə əsgər yoldaşları ilə birlikdə Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etməyə gedirlər.

Hərbi vəzifələrini layiqincə yerinə yetirir, döyüş bölgələrində öndə gedirdi.

1994- cü il martın 13-dən erməni işğalçılarının güclü hücumu nəticəsində Budaqov Ramiz düşmənə qarşı igidliklə çoxlu şücaətlər göstərmişdir.

Bir yerdə olan döyüş yoldaşlarının verdiyi sözlərinə görə, 26 aprel axşam saat 10-11 iradələrində Ağdam rayon Güllücə kənd istiqamətində öz gücləri sayəsində müasirədən çıxmağa çalışmışdılar. Mühasirədən çıxan zaman Budaqov Ramiz Qərib oğlu döyüş yoldaşının Lk tipli silahını döyüş meydanından çıxarmağa çalışmışdır və çıxarmışdır. 

Döyüşün zamanı Ramiz öz batalyon komandiri O.Bağırovun yanında çiyin-çiyinə düşmənə ağır zərbələr endirirdilər. Döyüşün son saatlarında Ramiz Ağdam rayon Güllücə kənd istiqaməti Gülçülük ərazisində batalyon komandiri O.Bağırovun həyatını düşmən qəlpəsindən xilas edib və qəhrəmancasına həlak olub. Budaqov Ramiz Qərib oğlu 1994-cü il 27 aprel gecəsi döyüş meydanında şəhid oldu. 1 may Naxçıvan Muxtar Respublikası Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Ailədə iki bacı (əkiz bacı), iki qardaş olublar. 

Sinəsini Vətəni üçün sipər edən Ramiz Qərib oğlu Budaqov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2006- cı il tarixli 1527 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 

İllər ötüb qərinələr dolansa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. O günlərdən yalnız tariixi faktlar qaldı. Gözü yaşlı analar, oğlunun dərdinə dözməyib ölən valideynlər, beli bükülən atalar, yetim qalmış körpələr, gözü yolda qalan qız, gəlinlər, ağrı-acılar içində yaşayan, dünya işığına həsrət qalan, canlı ölü adlanan qazilər, körpəsinin üzünü görməyən şəhidlər, toy otağı bəzəkli qalan igidlər, və nəhayət bu günü, qələbə sevincını görməyən Şəhidlər.

Allah sizə rəhmət eləsin, şəhidlərimiz!

Vətən sizdən bizə əmanətdir! 

İndi sənin ruhun şad, məkanın cənnətdir, Ramiz!

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Bu gün Azərbaycan bayrağı bütün torpaqlarımızda qürurla dalğalanır!

Nahidə İbrahimova

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti