"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər


səviyyəsindən o tərəfə keçmir...

Su sistemlərinin istismarından başı çıxmayan dost, qohumlarını, tanışlarını görəvləndirib, yetkin kadrları uzaqlaşdırdıqları üçün sistem pozulub, Bakıda su ərşə çəkilib. 

ADSEA rəhbərliyinin belə bir uydurması da var ki, guya paytaxta su qəfildən yoxa çıxıb, ona görə durum belədir. Amma məsələ qətiyyən elə deyil. Hazırda ötən illərlə müqayisədə həm Kürdən, həm Oğuz-Qəbələ-Bakı kəmərindən, həm Şollar xəttindən kifayət qədər axın var, Ceyranbatan su anbarında və digər su mənbələrində kifayət qədər su mövcuddur. 

İkinci uydurmaları odur ki, rayonlardan Bakıya axın var, paytaxtda su ona görə çatışmır. Elə isə bəs boşalmış(?) rayonlarda niyə su yoxdur? Əksər rayonlarda su böhranı Bakıdan ciddidir. Rayonlarda da su tapılmır.
Üstəlik, son 1 ildə Bakıdan 40 minə yaxın əhali Qarabağa köçürülüb. Bundan başqa, bəyənmədiyimiz Qorxmaz Hüseynovun dövründə Bakıda su problemi bundan 50 faiz az idi. Bəs son 4 ildə  bu qudalar dövlətin su sistemini yaxşılaşdırmaq üçün ayırdığı 100 milyonları neyləyib? Hanı nəticə? Fakt odur su, kanalizasiya sistemi çökür. 

sahəsini batırırlar.
Nəhayət, qudaların Bakıda su böhranının məsuliyyətini boyunlarından atmaq, əhalini aldatmaq üçün bir hiylə də işlətməsini də diqqətə çatdıraq, gör əsiniz ki, bunlar öz maraqları üçün nələr edəcək adamlardır.   Böyük sosial şəbəkə səhifələrində su ilə bağlı şikayət, reportajlar olanda şərh yerinə ADSEA-nın trolları gəlib belə şərhlər atırlar ki, Bakıda su olmamasının səbəbi guya hörmətli Emin Ağalarovun möhtəşəm See Braze layihəsinə görədir. Guya suyu məcbur ora verirlər, əhali susuz qalır. Hansı ki, şəhərdən ora su getmir. Kompleksin özünün böyük artezianları da var.
İkincisi, Lökbatanda, Yasamalda, Sumqayıtda, Xırdalanda və s. su olmamasının See Braze-yə nə aiduyyəti ola bilər?! Sadəcə, belə bir uydurma ilə özlərinin günahını, yarıtmazlığını ört-basdır etməyə çalışırlar, eyni zamanda bununla əhalidə qıcıq yaratmağa səbəb olurlar. Təsəvvür edirsiniz bunlar öz maraqları naminə nələr edir, hansı oyunlar qurur?!..

Bakıda su-kanalizasiya sistemində 30 il çalışmış  mühəndis əməkdaşımıza onu da deyib ki, son 5 ildə qudalar agentliyinin yarıtmaz fəaliyyəti ucbatından bir gün paytaxtın əksər hissəsi tamamilə kanalizasiya sularının altında qala bilər.
Xaotik idarəçilik, tender oyunlarına, istismarı naşılar idarə etdiyinə görə su və suvarma sistemində daha böyük fəsadlar yaşanacağı da qaçılmazdır.

Adları çəkilən şəxslərin mövqeyimi yayınlamaöa hazırıq.

Sitat.info



Oxşar Xəbərlər

Xəbər lenti