18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Tağıyev: Neft” filmi bu il “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına təqdim olunub. Belə ki, kateqoriya üzrə uzun siyahı oktyabrda, qısa siyahı isə dekabrda açıqlanacaq, əsas nominasiyalar 2026-cı ilin yanvarında elan ediləcək. Mükafatlandırma mərasimi isə müvafiq ilin martında Los-Ancelesdə keçiriləcək. Bu hadisə milli kinomuz üçün ciddi həmiyyət kəsb edir.Azərbaycan filmi nəhayət “Oskar” kimi nüfuzlu mükafatı qazanmaq şansı əldə edə bilərmi? Hurriyyet.Az xəbər verir ki, Globalinfo.az-a danışan aktyor Kamran Yunis deyib ki, “Oskar” mükafatının siyasi təsirlər altında olduğu tez-tez vurğulanır:“Tağıyev: Neft” filmi son illərdə Azərbaycanda çəkilmiş ən uğurlu layihələrdən biridir. Həm texniki, həm də yaradıcı baxımdan yüksək keyfiyyətə malik olsa da, dünya səviyyəsində uğur qazanacağına dair ciddi gözlənti yoxdur. Bununla belə, indiki dövrdə “Oskar”a təqdim ediləcək ən layiqli Azərbaycan filmi hesab olunur. Yekun nəticə barədə isə dəqiq fikir demək düzgün deyil, bunu sadəcə zaman göstərəcək”.Kinorejissor Ayaz Salayev isə bildirib ki, indiyədək bunun kimi bir çox film “Oskar” mükafatına təqdim olunub:“Mükafata namizəd kimi “Tağıyev: Neft” filminin təqdim olunması yaxşı haldır. Amma nəticənin necə olacağı barədə heç bir söz deyə bilmərəm”.Qeyd edək ki, Azərbaycan bir neçə dəfə “Oskar”a film göndərib, lakin indiyə qədər nominasiyaya keçən olmayıb. Ümumilikdə, 2007-ci ildən bu yana ölkəmizdən 10 film təqdim edilib.