Qazi, şəhid ailələrinin dərdinə yanan DAXİLİ İŞLƏR NAZİR(LİY)İ


General-polkovnik Vilayət Eyvazovun ƏSGƏR ŞƏRƏFLİ qəbul qaydası

Vətəndaşların ən çox narazı qaldığı halın müraciətlərinə baxılmaması, özəlliklə qəbul hüquqlarının tanınmaması olması toplumdan gələn səslərdən bəlli edir. Konstitusiya ilə doğrulanan müraciət etmək, qəbul olunmaq hüququna qadağa qoymaq, çağrı mərkəzlərinə şikayətləri çeşidli bəhanələrlə qulaqardına vurmaq, hətta zəngin dəstəyini qaldırmamaq çox qurumların iş normasına çevrilib. Bircə dövlətin baş hüquq mühafizə orqanı olan Daxili İşlər Nazirliyi istisnadır. 102 çağrı mərkəzinin anında zəngləri qəbul edib, şikayətləri uyğun DİN  qurumuna yönləndirməsini kimsə dana bilməz.

Digər “qaynar” çağrı mərkəzləri ilə müqayisə edin, “növbədə yarım-bir saat “diringə səsi” altında gözlədib”, ən yaxşı halda müraciətin ona aid olmadığı, ən pis halda avtomatik rejimdə “yenidən bəxti sınamağı” bildirirlər. Kağızda və elektron qaydada  müraciətlərə də DİN qurumları operativ reaksiya verir, heç bir müraciət diqqətdən yayınmır. Qəbula gəldikdə isə , dəfələrlə vurğuladığımız kimi, sayğılı nazirimiz Vilayət Eyvazovun qəbul qaydaları bütün dövlət orqanlarına örnəkdir.

Bu günlərdə sayğılı nazirimizin qəbulunun daha bir özəlliyini Qarabağ qaziləri, şəhid ailələri “kəşf edib”. Heç demə, qəbul yiyəsi göstəriş verib ki, şəhid ailələri, qazi “ordusu”na özəl qiqqət göstərilsin, qəbuldan öncə və sonra da problemləri diqqətlə öyrənilsin, çözülməsi yönündə konkret addımlar atılsın. Bir sözlə, başdansovdu yox, qəbula düşməyə vadar edən problemin nəzarətə götürülməsi ilə çözülməsi tapşırılıb.  Hətta qazi, şəhid ailələrinə hüquqi yardımdan ayrı, maddi yardımlar edilməsini də qazi, veteranlar gizlətmir. Nazirin DİN-in qazilərinə, Daxili Qoşunların savaş veteranlarına diqqət və qayğısı da böyük önəm daşıyır. Veteranların işlə təminatı,  yenidən xidmətə qəbulu, yaralıların, müalicəyə ehtiyacı olanların  DİN hospitalında müalicəsi bu diqqət və qayğının göstəricisidir. Son 5 ildə polisə xidmətə qəbul edilənlərin , demək olar ki, hamısı Vətən müharibəsi iştirakçılarıdır. Nazirin qaziləri qəbulu da “hərbi qaydada” keçir, nazir-komandan əsgərlərini bir-bir “sıra baxışından keçirir”. General-polkovnik qazilərlə görüşəndə isə özünü sıradan əsgər-qazi kimi aparır, Məmməd Arazın şerində deyildiyi ki, ƏSGƏR ŞƏRƏFİ İLƏ!

Kaş bütün dövlət orqanları qazilərlə, savaş veteranları ilə, şəhid balaları ilə, vətəndaşlarla sayğılı nazirimiz, general-polkovnik Vilayət Süleyman oğlu kimi davransın: ƏSGƏR ŞƏRƏFİ İLƏ!



Oxşar Xəbərlər

Xəbər lenti