31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
"Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.
Sozcu.info xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Belə ki, Bakı vaxtı ilə saat 18:36-a olan məlumata görə, metalın qiyməti bir unsiya üçün 3980,2 dollara (+1,74%) qədər artıb.
***
Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb.