17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
“Azəriqaz” rəhbərliyi Vətən uğrunda döyüşmüş qaziləri müxtəlif bəhanələrlə işdən azad edir.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ictimailəşdirib. O bildirib ki, qaziləri işdən azad etməklə “Azəriqaz” onlara ikinci zərbəni vururə.
Hüquq müdafiəçisi bildirib ki, rəhbərlikdə əyləşənlər xüsusilə qazilərin şikayətlərinə biganə qalır:
““Azəriqaz” İB-də aylarla gedən ixtisarlardan sonra çoxlu sayda şikayətlər daxil olur. Amma bu şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun baxılmır. Qazilər müraciət etsə də, onların problemləri araşdırılmır”.
Mirvari Qəhrəmanlı qeyd edib ki, bir çox qazilər dərəcələri azaldılaraq və ya “kadr ehtiyatı” adı altında işdən azad ediliblər:
“Bu, onlara döyüşdən sonra vurulan ikinci ən böyük psixoloji zərbədir. Qazilərimiz fəhləlik və ya ofisiantlıq etməklə ailəsini dolandırır. Amma “Azəriqaz” rəhbərliyi ‘hər şey yaxşı olacaq’ deyib onları yola verir.
Zəfər günündə qaziləri şəkil çəkib paylaşmaqla deyil, əməli olaraq onlara sahib çıxmaqla hörmət göstərmək lazımdır. Zəfər gününə doğru irəlilədikcə qazilər və şəhid ailələri nədən narazı salınır, kimlər bu işdə maraqlıdır – bunlar araşdırılmalıdır”.
Qəhrəmanlı hesab edir ki, qazilərin sosial vəziyyətinin pisləşməsi və onların işdən uzaqlaşdırılması cəmiyyətdə ədalət hissinə ciddi zərbə vurur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribunainfo.az