İrəm Dericinin bu gün nişanı olacaqdı


Türkiyənin İstanbul şəhərində keçirilən irimiqyaslı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyatda çox sayda tanınmış simaya qarşı cinayət işi açılıb. Evlərindən çıxarılaraq sağlamlıq mərkəzinə aparılan məşhurlardan biri də müğənni İrəm Dericidir ki, onun bu gün (8 oktyabr) sevgilisi DJ Melih Kunukçu ilə nişanlanacağı gözlənilirdi.

Sozcu.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Türkinform" məlumat verib.

Məlumata görə, müğənni uzun müddətdir münasibətdə olduğu sevgilisi ilə ailəsi arasında keçiriləcək sadə mərasimlə nişanlanacaqdı. İrəm Dericinin bu günə planlaşdırılan nişan mərasimi ilə bağlı təşkilati tədbirlər dayandırılıb. Əməliyyat çərçivəsində Derici də digər məşhurlar kimi, qan nümunələrinin götürülməsi üçün sağlamlıq mərkəzinə aparılacaq.

Xatırladaq ki, bu ilin avqust ayında yaxın dostları Burak Bulud və Eda Sakızın toyunda çıxış edən İrəm Derici həmin gecə unudulmaz anlar yaşamışdı. Melih Kunukçu səhnəyə çıxaraq müğənninin qarşısında diz çökmüş və evlilik təklif etmişdi.

"Həyatımın ən böyük şokunu yaşayıram. Sonsuza qədər bəli!" - deyə Derici sürpriz qarşısında təəccüblənərək cavablamışdı.



Oxşar Xəbərlər

Xəbər lenti