Sahibkarlar Qubanın icra başçısından şikaytəçidir


“Bu adam yüzlərlə sahibkarın fəaliyyətinə maneə olaraq, onların tikinti obyekti tikmələrinin qarşısını alıb”

Quba şəhər sakini, sahibkar, layihəçi təşkilatın rəhbəri Habil Fərzəliyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mahmudov İlqar Akif oğlundan narazılıq edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Habil Fərzəliyev, sizə Qubadan yazıram. Sahibkaram, layiəhəçi təşkilatın rəhbəriyəm. Tikinti obyektlərinə layihələr hazırlayırıq.

Sizə Quba Rayon İcra Hakimiyyəti başçısının fəaliyyətsizliyi barədə məlumat vermək istəyirəm. Qeyd edim ki, bu adam icra başçısı vəzifəsini tutduğu gündən indiyədək heç bir sahibkara qeyri-yaşayış məqsədli obyekt tikinisinə icazə verməyib. Əksinə, yüzlərlə sahibkarın fəaliyyətinə maneə olaraq, onların tikinti obyekti tikmələrinin qarşısını almışdır.

Bundan başqa, Prezidentin sərəncamı əsasında müayinədən keçmiş yüzlərlə obyektə tələb olunan istismara dair qərarı da vermir.

Daha sonra fərdi ev tikib, evlərinə köçüb yaşamaq istəyən 300-ə yaxın yerli sakinin evlərinə tekniki pasportların veriləsinə qadağa qoymuşdur.

Sizi inandırıram ki, bu yazdıqlarım həqiqət təşkil edir. Bütün sadaladıqlarım qanunsuz əməllər, özbaşnalıqlar və vəzifə səlahiyyətini aşma haları ilə müşahidə olunmaqdadır.  Bu barədə daha geniş danışmaq və məlumat vermək imkanındayam.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti