17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Dünən Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi, şəxsən qurumun rəhbəri Elçin Kərimov İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə iclas keçirib.
Bu haqda Hurriyyet.az-a məlumat verən mənbə bildirir ki, məktəbdə sakutçilik sürsün deyə valideynləri öncədən məlumatlandırmadan, şagirdləriin dərsləri yarımçıq dayandırılıb, saat 11.30-dan evə yollayıblar:
"Bilinmir ki, hüzuru kim arzulayır - idarə rəisi Elçin Kərimov, yoxsa məktəbə yeni təyin olunan Tutu Hüseynova?", - deyən mənbə xatırladır ki, hazırda Tutu Hüseynova 1 nömrəli məktəbin direktoru olsa da, əvvəl çalışdığı 31 nömrəli məktəbdən də "əlini çəkməyib":
"Yeri gəlmişkən, 32 nömrəli məktəb "Hürrüyyət"də dərc olunan yazıdan sonra yığılan "təmir pulu"nu "jalüz pulu" la əvəz elədi. Yəni, deməzsənmi yığdıqları 4 manat sinif otağına jalüz almaq üçünmüş.
Hələ bu məktəbdə müəllim gününə 10 manat, daha sonra "fond pulu" toplandı.
Ümumiyyətlə, Gəncə məktəblərinin əksərində hər ay şagirdlərdən "Fond pulu" adı altında 5-10 manat yığılır. Bu barədə "Hürrüyyət"in Tik-Tok səhifəsində rəylərdə geniş məlumatlar şərh olunub.
Sual olunur, idarə rəisi məktəbdəki vəziyyəti yaxından öyrənmək istəyirsə, nəyə görə dərs vaxtı gəlmir?! Məktəb deyiriksə, şagird, valideyn və müəllimin birgə vəhdəti deyimi?".
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.