17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Bakı Metropoliteni” QSC tərəfindən qurumda əməkhaqqı artımlarının ödənilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.
Qurumdan “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, əməkhaqqı ödənişləri QSC-nintəsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir.
“Ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
Sözügedən Sərəncamın icrasından irəli gələrək, “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilib, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilib. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əməkhaqqı öhdəliyi yoxdur.
Əməkhaqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir.
Əməkhaqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Bakı Metropolitenində son dövrlər işçilərə əməkhaqqlarının verilməsi ilə bağlı narazılıqların yaşandığına dair məlumat yayılıb. Buildirilib ki, bu ilin yanvar ayından metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir.