17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Gəncə şəhər sakini Abbasov Əfqan Nəsir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov onu və iş yoldaşlarını işsiz qoyub:
“Mən, Abbasov Əfqan Nəsir oğlu, yazaraq bildirirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Su Təchizatı İdarəsində çilingər vəzifəsində işləmişəm. Bu şikayəti tək öz adımdan yox, bütün iş yoldaşlarımın adından yazıram. Böyük haqsızlıqla üz-üzəyik.
“Azərbaycan Dəmir Yolları” QSC sədrinin 2-ci müavini Zaman Novruzov biz 5 nəfəri işsiz qoyub. 5 aylıq əmək haqqı təklif edərək, işimizə son verirlər.
Hər birimizin ailəmiz var. İş tapmaq çətindir. Bu qədər haqsızlıq olar?
39 ilin işçisinə 2300 manat pul veriblər. 500 manat isə pul tutublar. Halbuki, Su Təchizatı İdarəsi 1950-ci ildən “Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində stansiyalara keyfiyyətli xidmət edib. Sakinlər və stansiya rəisləri tərəfindən su barəsində heç bir narazılıq olmayıb.
Zaman Novruzov bildirir ki, bizim idarə İri Şəhərlərin Birləşmiş Su Təchizatı İdarəsi ilə birləşdirilib.
20 gündür işçilər heç bir “gün” yazılmadan işləyirlər. İdarədən bildirirlər ki, Bakıdan ştat ayrılacaq, o zaman biləcəyik kim qalır, kim gedir.
Biz işçilər çarəsiz vəziyyətdə qalmışıq. Sözümüzü deməyə adam tapmırıq”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.