16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Məhkəmə-Hüquq Şurasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə baxılıb. Sozcu.info-nun məlumatına görə, qərara əsasən, hakim Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verilib.
Xatırladaq ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət etmişdi.
Anar Sadıqovun hakimlikdən getmək istəməsinin səbəbi isə onun hüquq sahəsi üzrə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.
Oxu.az