Bu gün, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.
Sozcu.info xəbər verir ki, toplantı noyabrın 25-də keçiriləcək.
Yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq. pizza
Toplantının gündəliyinə "Respublika Diaqnostika Mərkəzi" ASC-yə yeni baş direktorun seçilməsi daxildir.
Qeyd edək ki, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.
Onun vəfatından sonra - oktyabrın 9-da ASC-nin növbədənkənar ümumi yığıncağı çağırılmışdı. Həmin toplantının gündəliyində bir məsələ vardı - baş direktorun seçilməsi. Görünür yığıncaqda seçki baş tutmayıb. Ona görə də "Respublika Diaqnostika Mərkəzi" səhmdarlarının eyni gündəliklə yeni yığıncağı çağırılıb.