Qəza törətdi, sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırdı, özü isə 2 aydır tapılmır... - ŞİKAYƏT


Bakı şəhər sakini Quliyev Nurlan Fitatxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Hərbi prokuror, ədliyyə general-mayoru Əhmədov Bəhruz Vidadi oğluna müraciət edir:

“Cənab Bəhruz Əhmədov!

Mən, Quliyev Nurlan Fitatxan oğlu, yazaraq bildirirəm ki, sentyabrın 1-də 63 yaşlı atam Quliyev Fitatxan Savad oğlu Abşeronun Pirəkəşkül kəndi ərazisində maşınla vurulub.

Bildirim ki, atam "ayıq sürücü" olaraq müştərini ünvana aparıb. Maşından düşəndən sonra isə onu başqa bir avtomobil vurub. Vuran şəxs öz maşını ilə atamı Pirəkəşkül Xəstəxanasına qoyub. Həmin gündən qəza törədən şəxs haqqında məlumatsız qalmışıq.

Həkimlər xəstənin vəziyyətini ağır olduğunu görüb, 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") göndəriblər. Atam ciddi zərbələr alıb. Amma hələ də vuran şəxs tapılmır. Az da olsa, məlumatları toplamışıq və bütün sübutlar prokurorluğa təqdim olunub.

Hazırda atamın müalicəsi üçün yüksək məbləğ tələb olunur. Qəzanı törədən şəxs isə 63 yaşlı yaşlı adamı şikəst qoyub gedib, evində rahat yaşayır. 

Onu da qeyd edim ki, qəza törədən şəxs hərbi hissədə işləyir. Onun haqqında əldə etdiyim bütün məlumatları bu yaxınlarda paylaşacam. Mənə dəyən zərər bu günə kimi ödənilməyib. Atamı ölümə tərk edən şəxs haqqında heç bir tədbir görülmür.

Mən Sizdən xahiş edirəm, tapşırıq verin, bu şəxsin kimliyi öyrənilib, məsuliyyətə cəlb olunsun". 

Jalə FAMİLQIZI



Oxşar Xəbərlər

Xəbər lenti