Aqil Abbas avtobuslardan danışdı: ”Normal işləsə, istifadə edərəm”


“İctimai nəqliyyat normal işləsə, mən də ondan istiafdə edərəm”.

Bunu Sozcu.info-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, nadir hallarda metroya minir:

“Hərdən metrodan istifadə edirəm. Çünki bilirəm ki, avtomobillə getsəm, tıxaca düşəcəyəm. Geri dönəndə də metro ilə gəlirəm və müəyyən yerdən sonra sürücüm gəlib məni götürür. İndi avtobus zolaqları salınıb və onlar daha sürətlə işləyirlər. Onlar istənilən səviyyəyə çatsa, istifadə etmək yaxşı olar”.

Qeyd edək ki, hazırda paytaxt Bakıda insanların ictimai nəqliyyatdan istifadəsinə təşviq edilir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilədək Bakıda ilk tramvay xətti istifadəyə veriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti