Əməkdar jurnalist, tanınmış idman şərhçisi, İdman TV-nin keçmiş direktoru Rövşən Binnətlinin səhhətində problem yaranıb.Sozcu.info-nun Manset.az-a istinadla məlumatına görə, R.Binnətli təcili Respublika Diaqnostika Mərkəzinə aparılıb.Onun səhhətində ciddi problem olduğu üçün təcili reanimasiyaya yerləşdirilərək, əməliyyat olunub. 7 saatdan çox davam edən əməliyyat uğurla nəticələnib.Açıq ürək əməliyyatı keçirilən Rövşən Binnətlinin səhhətinin hazırda stabil olduğu bildirilir.Tanınmış jurnalistin oğlu Tahir Novruzov Manset.az-a açıqlamasında xəbəri təsdiqləyib:"Atam ağır ürək əməliyyatı keçirib. Onun ürəyinin bir damarı dəyişdirilib. Hazırda vəziyyəti stabildir".