17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.
Sozcu.info xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə mayın 11-i də qeyri-iş günü olacaq.
Bu il Azərbaycanda Qurban bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May - Müstəqillik Günü qeyri-iş günü olduğuna görə 29 may tarixində də iş olmayacaq.
Bununla da 9, 10, 11 may və 27, 28, 29, 30, 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.
Beləliklə, həftə sonları da daxil olmaqla may ayında 14 gün qeyri-iş günü olacaq.