Bildirilir ki, Laricani İranın keçmiş ali rəhbəri Əli Xameneidən sonra ən nüfuzlu şəxslərdən biri hesab olunur və qərarların qəbulunda mühüm rol oynayır. Qeyd olunur ki, xüsusi əməliyyat nəticəsində Laricaninin zərərsizləşdirilməsi hədəflənib və ilkin ehtimallara görə o, öldürülüb.Bununla yanaşı, məlumatın hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanır. İran tərəfindən də hadisə ilə bağlı açıqlama verilməyib.