Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb – “telefon üçün çətirlər”


Qazaxıstanda bəzi sürücülər yol qaydalarını pozduqlarını gizlətmək üçün yeni “hiylə”yə əl atıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərdə istifadə olunan xüsusi “telefon çətirləri”nin artıq fərqli məqsədlə tətbiq edildiyi görünür.

Sozcu.info xəbər verir ki, ilkin olaraq günəşdən qorunmaq və cihazın qızmasının qarşısını almaq üçün təqdim olunan bu aksesuar indi sürücülər tərəfindən sükan arxasında telefondan istifadəni gizlətmək üçün istifadə olunur.

Paylaşılan videolarda açıq şəkildə “çətiri quraşdır və rahat şəkildə telefondan istifadə et – heç kim görməyəcək” kimi çağırışlar edilir.

Qeyd edək ki, martın 12-dən etibarən Qazaxıstanda yol kameraları sükan arxasında telefondan istifadəni və təhlükəsizlik kəmərinin taxılmamasını avtomatik şəkildə qeydə almağa başlayıb. Bu isə sürücülərin yeni üsullarla nəzarətdən yayınmağa çalışmasına səbəb olub.

 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti