Şirvanda iri buynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.info-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciətlər daxil olub. Hesablamalara görə zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan dəyib.
ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov qardaşları saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Oxşar Xəbərlər

Xəbər lenti