KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Dünən, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Dünən, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ordumuzun Xankəndinə girməməsinin səbəbləri
-ŞƏRH
Bəzi siyasi analitiklər iddia edir ki, Azərbaycan Ordusunun Xankəndinə girməməsinin səbəbkarı əslində Rusiya deyil, Qərbdir. Çünki bu əməliyyat baş tutsaydı, BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Həmçinin “etnik təmizləmə” adıyla Avropa institutlarından, ABŞ-dan da Azərbaycana qarşı eyni davranışların olacağı istisna deyildi. Bunun ardınca beynəlxalq birlik ordumuzun Şuşadan və Hadrutdan çıxmasını tələb edəcəkdi. Azərbaycan əlverişsiz duruma düşəcəkdi. Sanksiyalar tətbiq ediləcəkdi.
Prezident İlham Əliyev isə mümkün ən yaxşı variantı seçdi, Rusiyaya sülhməramlı mandatın verilməsinə nail oldu. Bununla da Qərbdən gələn məlum dalğanın qarşısını aldı. Paralel də Türkiyənin Azərbaycana yerləşməsini təmin etdi. Bu, olduqca incə bir proses idi ki, Azərbaycan lideri bunu uğurla bacardı. Qərb tamamilə neytrallaşdırıldı.
Sozcu.info xəbər verir ki,
deputat Aydın Mirzəzadə bu fərziyyələrin əsas məqsədinin Azərbaycanın təkbaşına Vətən müharibəsində qələbə çalmasının əhəmiyyətini azaltmaq təəssüratı yaratmağa hesablandığını bildirib.
“Belə bir təəssürat yaratmağa çalışırlar ki, Azərbaycana kənardan hərbi kömək edildi, Azərbaycan nədənsə ehtiyatlandı dayandı və sair. Ancaq əslində Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi yolla yanaşı hərbi yolla həlli variantını da gündəmdə saxladığını daim açıq şəkildə bildirirdi. Hansı mərhələdə hansı siyasəti yeridəcəyini Azərbaycan dövləti öz milli maraqlarına uyğun olaraq həyata keçirir. Xarici analitik mərkəzlərin, xarici mətbuat orqanlarının hesabatlarında, yazılarında Azərbaycanın daim müstəqil siyasət yeritdiyi, hər hansı böyük dövlətin forpostuna çevrilmədiyi və bütün dünya ilə bərabər, normal əlaqə saxladığı xüsusi vurğulanır. Bunu etmək çətindir, amma Azərbaycan dövləti son 30 illik tarixi ilə bunu sübut edib. Açıq şəkildə silahlı qüvvələrimiz möhkəmləndirilirdi, hərbi təlimlər keçirilirdi və 2016-cı ilin aprel döyüşləri də Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan siyasi rəhbərliyinin siyasi qətiyyətini göstərdi. Dağlıq Qarabağ probleminin birinci mərhələdə hərbi yolla həllinə üstünlük verildi, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi döyüşlərlə azad edildi və həmin ərəfədə Ali Baş Komandan cənab İlham Əliyev xaricdən gələn çağırışlara cavab olaraq dəfələrlə bildirdi ki, döyüşlər o vaxt dayandırıla bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qoşunların çıxarılma qrafikini versin, eyni zamanda Şuşanın azad edilməsi məsələsi xüsusi bir bəndlə qabarıq şəkildə bildirilirdi.
Rusiyanın vasitəçiliyi ilə gedən danışıqlar nəticəsində Ermənistan Şuşanın işğaldan azad edilməsindın sonra müqavimətin artıq əhəmiyyətsiz olduğunu görərək 3 böyük rayondan qoşunların çıxarılmasına və Azərbaycan-Ermənistan xəritəsinin SSRİ dövründəki xəritəyə əsasən qurulmasına razılıq verdi. Bu, əslində Azərbaycanın həm apardığı siyasətin, həm də hərbisinin qələbəsi idi. Burada hansısa bir xarici mərkəzlərin Azərbaycana təzyiqi və yaxud da Azərbaycanın nədənsə ehtiyatlanması barədə danışmağın əsası yoxdur. Azərbaycan ərazi bütövlüyünü, sərhədlərinin bütövlüyünü təmin etdi. Azərbaycan döyüşlərin müəyyən bir mərhələsində hesab etdi ki, buradan o tərəfə problemin qalan hissəsi artıq siyasi yolla həll edilə bilər. Ona görə də bu varianta üstünlük verdi. Eyni zamanda tək torpaqlarımız işğaldan azad edilmədi, Dağlıq Qarabağ probleminin həllində birinci mərhələ-hərb mərhələsi bitərək siyasi mərhələyə keçildi. Burada vacib məqamlardan biri az sayda erməni millətindən olan əhalinin yaşadığı bölgənin statusunun artıq gündəlikdən çıxarılması idi. Çünki hələ sovet dövründən ermənilər həmin torpaqları Azərbaycandan qoparmağa çalışırdılar, müstəqillik dövründə isə işğal etdilər və sonradan onu müstəqil etməyə çalışırdılar. Ancaq Azərbaycan bəyan etdi ki, işğala son qoyulub və həmin bölgənin statusundan söhbət gedə bilməz”, - deputat əlavə edib.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, kimin nə deməyindən asılı olmayaraq, 44 günlük hərbi əməliyyat ondan sonrakı dekabrın 1-nə qədər siyasi, diplomatik yolla Ağdam, Kəlbəcər və Laçının azad edilməsinin memarı Prezident İlham Əliyevdir:
“Müharibənin başlamasından sonra dünyanın güc mərkəzlərinin diqqəti təbii olaraq Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycana və Ermənistana hədəfləndi. Bu prosesdə bu və ya digər şəkildə iştirak etmək istəyən hər bir ölkə heç də bəzilərinin düşündüyü kimi, sülh göyərçini missiyasını yerinə yetirmirdi. Burada onların özünün ciddi maraqları var idi. Çalışırdılar ki, yaranmış situasiyadan istifadə edib öz maraqlarını reallaşdıra bilsinlər. Xüsusi olaraq bu prosesdə Rusiya, Amerika və Fransa münaqişə başlayandan bu günə qədər öz maraqlarını qorumaqdaydılar. Ona görə də işğaldakı torpaqların danışıqlar yolu ilə azad olunması reallaşmadı. Prezident İlham Əliyev dünya səviyyəli peşəkar diplomatdır, beynəlxalq hüququn ustadıdır. Həm də bu 44 günlük döyüşlər göstərdi ki, İlham Əliyev çox uğurlu, yüksək səviyyəli strateqdir. Cənab Prezident az itki ilə 44 günlük qələbəni təmin etdi. Bu qələbə dövründə bütün maraqlı olan dövlətlərin maraqlarının reallaşmasını neytrallaşdıra bildi. Əlverişli zaman seçdi. Budur reallıq. Yaranmış olan çətin anda, yəni artıq Azərbaycan Ordusu Xankəndinin 3 kilometrliyində olanda təbii ki, olduqca ölçülüb biçilmiş addım atılmalıydı ki, sonrakı dönəmdə pusquda yatıb Azərbaycanın buraxa biləcəyi ”səhvlərdən" qüvvələrin əlinə bəhanə düşməsin. Bu, son dərəcə vacib idi. Ölkə Prezidenti bilirdi ki, Xankəndinə girib oradakı erməni ordusunu məhv etdikdən sonra orada bir nəfər də olsun erməni qalmayacaqdı. Bu zaman isə ermənilər bütün dünyaya car çəkəcəkdilər ki, ermənilər ikinci dəfə soyqırıma məruz qaldılar. Bundan sonra isə başda Fransa olmaqla ermənipərəst bütün güclər, o cümlədən ABŞ, Hollandiya, Belçika və digər ölkələr Azərbaycana qarşı ciddi hərəkətə keçəcəkdilər. BMT-ni məcbur edəcəkdilər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Ayrı-ayrı ölkələr isə 907-ci düzəlişdə də sərt qətnamə qəbul edib Azərbaycanla iqtisadi, siyasi əlaqələrə son qoyacaqdılar. Prezident İlham Əliyev diplomatik məharətlə bütün məkrli planların bizə qarşı həyata keçirilməsinin üstündən xətt çəkdi. Kimsə Azərbaycan Ordusunun Xankəndinə girməməsinin əsas səbəbi kimi Qərbi, Rusiyanı önə çəkirsə, bu, doğru deyil. Əslində ölkəmizin Prezidenti pislərin içərisində ən doğrusunu-yaxşısını seçə bildi. Sadəcə olaraq, Ermənistan üzərində Rusiyanın böyük təsirini düzgün qiymətləndirərək, eyni zamanda Minsk Qrupunun içərisində parçalanma yaradaraq və Rusiyanın onlara qarşı dayanmasını təmin edərək BMT Təhlükəsizlik Şurasında Rusiyanın imkanlarından istifadə etməsini önə çəkərək məhz Rusiya ilə danışıqlar oldu. Bu, Rusiya tərəfindən edilən təşəbbüs idi. Ölkəmizin lideri çox böyük ustalıqla 10 noyabrda məlum bəyanatın qəbul edilməsinə nail ola bildi. Beləliklə, 3 rayon şəhid verilmədən azad edildi və digər məsələlər də artıq göründüyü kimi reallaşmağa başlayıb". (Musavat.com)
Oxşar Xəbərlər
Əli Həsənov Qurban Məmmədovu necə xilas etdi?
Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi
Ermənistandan Xankəndinə
İlham Əliyev:
Xəbər lenti
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək