Bakıda DƏHŞƏTLİ PARTLAYIŞ: 10-dan çox avtomobilə ziyan dəydi VİDEO


Bakının Yasamal rayonunda partlayış baş verib.

Hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.//Report



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}