Türkiyədə seldə həyatı itirənlərin sayı altıya çatıb

Güclü sel və daşqınlar Türkiyənin Rizə vilayətində ciddi fəsadlar yaradıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı altıya çatıb.
AZƏRTAC xəbər verir ki, itkin düşmüş iki nəfərin axtarışları davam edir. Yüzdən artıq sakin təxliyə olunub.
Aidiyyəti qurumların rəhbərləri təbii fəlakət bölgəsinə səfər ediblər. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və yerli icra hakimiyyəti orqanlarının xilasedici briqadaları təmizlik və bərpa işlərinə cəlb ediliblər.
Rəsmi məlumata görə, güclü yağış və sel bölgədə yolları və körpüləri dağıdıb, elektrik xətlərini zədələyib. Bir sıra kəndlərlə nəqliyyat əlaqəsi kəsilib. Hökumət fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
 


Oxşar Xəbərlər

Xəbər lenti