Füzulidə maşın ağaca çırpıldı, sürücü öldü - FOTOLAR

Ötən gün Füzuli rayonunun Aşağı Mollaməhərrəmli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Yeniavaz.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.  Qeyd olunub ki, “Tavriya” markalı, 19-BF-246 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, sağ ayağı amputasiya edildiyi üçün fiziki məhdudiyyəti olan kənd sakini 1954-cü il təvəllüdlü Tahirov Malik Mahmud oğlunun idarəetməni itirməsi səbəbindən avtomobil ağaca çırpılaraq aşıb. 
Qəza nəticəsində sürücü M.Tahirov hadisə yerində dünyasını dəyişib. 
Hazırda faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti