Gürcülər virusun əlində aciz qalıb: 79 yeni ölüm

Gürcüstanda son sutkada daha 4 128 nəfərə koronavirus diaqnozu qoyulub, 5 611 nəfər sağalaraq evə buraxılıb.
Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində 79 ölüm faktı qeydə alınıb.
Qonşu ölkədə indiyədək 532 176 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 468 917-si sağalıb, 7 028-i isə dünyasını dəyişib.


Oxşar Xəbərlər

Xəbər lenti