Türkiyənin bu bölgəsinə daşqın xəbərdarlığı edildi

Türkiyə Milli Hidrometeorologiya idarəsi (MGM) Türkiyənin Qara dəniz bölgəsində daşqınla bağlı xəbərdarlıq edib.
Sozcu.info “NTV”yə istinadən xəbər verir ki, Türkiyənin şimal hissəsində havanın temperaturunun  kəskin şəkildə düşəcəyi gözlənilir. Qara dəniz bölgəsi üçün daşqın xəbərdarlığı edilib. Milli Hidrometeorologiya idarəsindən verilən açıqlamaya görə, gözlənilən hava dəyişkənliyi sabahdan etibarən başlayacaq.
Xatırladaq ki, avqust ayında Qara dəniz bölgəsində sel nəticəsində ölənlərin sayı 100-ə yaxın idi.


Oxşar Xəbərlər

Xəbər lenti